Azərbaycana hibrid avtomobillərin idxalı kəskin artıb

2021-ci il ərzində Azərbaycana 935 225,33 min ABŞ dolları dəyərində 91 194 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 44,4% və 69,7% çoxdur.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il ölkəyə 780 521,81 min dollar dəyərində 85 191 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub.
Bu göstərici 2020-ci ilin göstəricisindən dəyər baxımından 43,9%, say baxımından isə 71,4% çoxdur.
Bundan başqa, 2021-ci ildə ölkəyə 90 479,33 min dollar dəyərində 5 552 vahid (2020-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 62,2%, say baxımından isə 53,1% çox) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 266 vahid (7 vahid çox) 41 226,25 min dollar dəyərində (artım 35,2%) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 185 vahid (33 vahid çox) 22 997,94 min dollar dəyərində (21,3% çox) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.
Komitənin məlumatına görə, ötən il ölkəyə dəyəri 76 591,79 min dollar (2020-ci il ilə müqayisədə 2,7 dəfədən çox) təşkil edən 12 936 vahid (2,5 dəfədən çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 3 463,19 min dollar (58,4% az) dəyərində 160 vahid (7 vahid az) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq











