Azərbaycanda avtomobil kreditləri ucuzlaşıb

2024-cü ildə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 1 faiz bəndi azalaraq 10%-ə düşüb.
Avtosfer.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, il ərzində məişət avadanlıqlarının alınması üçün verilən istehlak kreditlərinin orta illik faiz dərəcəsi dəyişməyərək 25% qalıb, təmir kreditlərinin orta faiz dərəcəsi isə 1 faiz bəndi azalaraq 16% olub.
Hesabat dövründə kredit kartları vasitəsilə milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2023-cü ilin sonuna olan göstərici ilə müqayisədə 2 faiz bəndi artaraq 26 %-ə çatıb, xarici valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi isə dəyişməyərək 5 % qalıb.
2024-cü ilin sonuna digər istehlak kreditləri üzrə milli valyutada kreditlər üzrə orta illik faiz dərəcəsi 2023-cü ilin sonuna olan göstərici ilə müqayisədə 3 faiz bəndi artaraq 20 %-ə çatıb.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












