Azərbaycanda avtomobillərdən atmosferə atılmış zərərli maddələrin həcmi azalıb

2019-cu ildə Azərbaycanda stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2018-ci illə müqayisədə 0,9 min ton artaraq ümumilikdə 1122,1 min ton təşkil edib ki, onun da 84,2 faizi və ya 945,2 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, stasionar mənbələrdən atılmış zərərli maddələrin həcmi 3,5 faiz artıb, avtomobillərdən atılmış maddələrin həcmi isə 0,5 faiz azalıb. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 6,2 min ton, Sumqayıt şəhərində 0,4 min ton, Şirvan şəhərində 0,02 min ton artıb. Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 59,9 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 41,9 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb. Atmosferə atılmış bütün zərərli tullantıların 66,0 faizini karbohidrogenlər, 12,6 faizini azot oksidi, 9,1 faizini karbon oksidi, 0,4 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












