Azərbaycanda avtomobillərin texniki baxışına görə cərimə olmayacaq; sığorta isə.... - DYP-dən açıqlama

Azərbaycanda www.asanpay.az ünvanından avtomobil sahiblərinin telefonlarına son tarix göstərilməklə növbəti texniki baxışın keçirilməsi, əks halda cərimə tədbirlərinin qüvvəyə minməsi barədə SMS-lər daxil olmağa davam edir. Avtosfer.az xəbər verir ki, paytaxt sakinləri üçün texniki baxış Xırdalan və Sabunçudakı DYP mərkəzlərində edilə bilər. Ancaq bu gün bir çox avtomobil sahibləri üçün karantin tədbirləri şəraitində bunu etmək bir qədər çətin görünür. Bununla yanaşı texniki baxış zamanı növbə, sıxlıq yaranır ki, bu da vətəndaşların sağlamlığı üçün təhlükə yaradır. Bəs avtomobil sahibləri üçün texniki baxış vaxtını dəyişdirmək mümkündürmü?
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev yenisabah.az-a mövcud vəziyyətlə əlaqədar bu müddət ərzində texniki baxışdan keçməyən şəxslərin əlavə məsuliyyətə cəlb olunmayacağını və onların bu qayda pozuntusunun xüsusi texniki vasitənin köməyilə aşkar edilməyəcəyini deyib: "Avtomobil sahibi olan şəxslərin hazırda bu məqsədlə harasa getməsinə ehtiyac yoxdur. Bu proses xüsusi karantin rejiminin sonunadək dayandırılıb. Sözsüz ki, bu məhdudiyyət və inzibati məsuliyyətə cəlb olunmaq xüsusi karantin rejiminin tətbiqindən başlanan və sonunadək olan müddətə təsadüf edən nəqliyyat vasitələrinə aiddir.
Əhalinin evdən çıxmaması haqqında Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Ona görə də hazırda onlar məsuliyyətə cəlb olunmayacaqlar. Sürücülərin narahatlığına ehtiyac yoxdur. Karantin müddəti başa çatdıqdan sonra onlara vaxt veriləcək ki, gedib texniki baxışdan keçsinlər. Amma verilən müddət ərzində texniki baxışdan keçməsələr artıq inzibati məsuliyyətə cəlb olunacaqlar”.
Avtosfer.az bildirir ki, bu güzəşt texniki baxış müddəti və verilmiş əlavə vaxt martın 29-dək bitən nəqliyyat vasitələrinə aid deyil. Yalnız 29 mart tarixindən sonra texniki baxış müddəti bitən nəqliyyat vasitələrinin sürücülərinə güzəşt olacaq.
İcbari sığorta ilə bağlı güzəştə gəlincə isə Kamran Əliyev bildirdi ki, nəqliyyat vasitələrinin icbari sığortası onlayn qaydada həyata keçirilir və sürücülər asanlıqla sığortanı yeniləyə bilərlər. Buna görə də, sığortası olmayanlara heç bir güzəşt olmayacaq.
Emin
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












