Azərbaycanda bu görüntüsü ilə gündəm olan sürücü həbs olundu - VİDEO

Bakıda motosikletlə şou göstərən sürücü saxlanıb. Həmin sürücünün əməli avtoxuliqanlıq kimi qiymətləndirilib və o, inzibati qaydada həbs edilib. Avtosfer.az xəbər verir ki, eyni anda həm əyləci, həm də qaz pedalını sıxır.
Motosiklet yerindən tərpənmədiyi üçün arxa təkər yerində dövr edir. Bu zaman ətrafa həm güclü səs yayılır, həm də təkərdən tüstü çıxır. Görüntülər bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonu Tolstoy və Səməd Vurğun küçələrinin kəsişməsində çəkilib. Həmin video sosial şəbəkələrdə də paylaşılıb və xeyli müzakirlərə səbəb olub. Kadrlardan da göründüyü kimi, həmin gəncin əməli ərazidə xidmət aparan polis əməkdaşı tərəfindən lentə alınıb.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsində araşdırma aparılıb və motosikletin sürücüsü - 19 yaşlı Əli Hidayətzadə saxlanıb. Həm özü, həm də ətrafdakı insanlar üçün təhlükə yaradan sürücü deyir ki, motosiklet özünə məxsusdur və restoranlardan birində kuryer işləyir.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli "Xəzər Xəbər"ə deyib ki, bəzən motosiklet və moped sürücüləri elə zənn edirlər ki, onlar nəqliyyat vasitəsi idarə etmirlər. Amma bu, kökündən yanlışdır. Onlar da təyinatlarına uyğun yol hərəkəti qaydasına əməl etməlidirlər.
Qeyd edək ki, motosikletin sürücüsü Əli Hidayətzadə barəsində toplanan material Nəsimi rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, avtoxuliqanlıq əməlinə görə, 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs olunub.
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ












