Azərbaycanda elektromobillərə maraq artır: “Lazımi infrastruktur yox dərəcəsindədir”

Azərbaycanda son illər elektriklə işləyən avtomobillərə maraq artmaqdadır.
Statistika göstərir ki, ötən il Azərbaycana 125 milyon 268 min ABŞ dolları dəyərində 3 102 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib ki, bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 7,1 dəfə çoxdur.
Elektromobil satan bəzi şirkətlər avtomobili şarj etdikdən sonra onun təxminən 400 kilometr məsafəni qət edəcəyini bildirsələr də, praktikada bu məsafə 300-350 kilometrə kimi enə bilir.
Elektromobil sürənləri ən çox maraqlandıran məsələ isə müvafiq şarj aparatlarıdır. Bu gün elektrik avtomobillərini idarə etmək üçün kifayət qədər şarj aparatları varmı? Bölgələrimizdə vəziyyət nə yerdədir?
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Oxu.az-a açıqlamasında deyib ki, elektrik avtomobilləri üçün şarj məntəqələrinin qurulması məsələsini respublika üzrə götürsək, təəssüf ki, lazımi infrastruktur yox dərəcəsindədir.
Ekspert qeyd edib ki, yalnız paytaxt Bakıda elektrikli avtomobil sürənlər üçün bir qədər rahatlıq var. Belə ki, Bakıətrafı həyətlərdə və bağ evlərində yaşayan insanlar avtomobillərini rahat şəkildə şarj edə bilirlər. Bundan əlavə yeni tikilən çoxmərtəbəli binaların da bir çoxlarının dayanacaqlarında, o cümlədən ticarət mərkəzlərinin dayanacaqlarında da şarj məntəqələri quraşdırılır.
“Respublika üzrə isə mövcud infrastruktur bir-iki faiz civarındadır. Düzdür, məhdud sayda da olsa yanacaqdoldurma məntəqələrində var, amma təbii ki, bu, yetərli deyil. Bir məsələni də qeyd edim ki, elektrik avtomobillərinin satışı ilə məşğul olan rəsmi dilerlər respublikanın bir çox bölgələrində, xüsusən istirahət mərkəzlərində və hotellərdə öz müştəriləri üçün pulsuz şarj məntəqələri yerləşdirirlər” - deyə E.Əliyev vurğulayıb.
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir










