Azərbaycanda qəzalar zamanı yollara 345 min manat ziyan vurulub; 218 mini ödənilib

Bu ilin I yarısında Azərbaycanda yol təsərrüfatına 345 min manat ziyan vurulub ki, bunun da 218 min manatı və yaxud 63,2%-i ödənilib.
Avtosfer.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məlumata görə, 6 ay ərzində ölkədə yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 278 yol-nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində 3 906 pm əyrixətli tirlər, 30 ədə beton bardür, 101 pm mühafizə çəpərləri, 10 işıq dirəyi, 13 ədəd yol nişanı, 4 ədəd məlumat lövhəsi, 5 ədəd səsboğucu lövhə, 32 pm körpü məhəccəri yararsız hala düşüb.
Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə müvafiq sığorta şirkətlərinə, 3 yol nəqliyyat hadisəsi ilə bağlı məhkəmələrə, 30 yol nəqliyyat hadisəsində səbəbkar məlum olmadığı üçün, Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı













