Azərbaycanda “Lada” istehsal olunacaq: Bu, bizə nə verəcək? - FOTO

Bir neçə gün əvvəl “AvtoVAZ” tərəfindən Azərbaycanda “Lada” markalı avtomobillərin istehsalına başlamaq üçün danışıqlar apardığı barədə açıqlama verilib.
Bildirilib ki, şirkət yazda bu məsələ ilə bağlı müsbət xəbərlər olacağına ümid edir.
Qeyd edək ki, yanvar ayında şirkətin təqdimat mərasimində Azərbaycanda iribloklu yığma üsulu ilə avtomobillərin kütləvi istehsalına başlanılmasının planlaşdırıldığı vurğulamışdı.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev oxu.az-a açıqlamasında bildirib ki, məsələ hələ ki təklif mərhələsindədir:
“Bu, qarşı tərəfin təklifidir. İstehsal sahəsi yaratmaq müsbət bir addımdır. Burada insanların işlə təmin olunması, asılılığın azalmasına gətirib çıxaracaq. Könül istəyərdi ki, ölkəmizdə daha tanınmış markalı avtomobillər yığılsın. Amma ilkin addım üçün bu da yaxşı haldır. Şirkətin açıqlamasında nəzərdə tutulub ki, maşınların yığılması külli miqdarda olacaq. Bu, müsbətdir”.
Ekspert bildirib ki, ölkəmizdə “Lada” markalı avtomobillərin istehsalı planlanırsa, yəqin ki, ixrac potensialı da düşünülüb:
“Bu zaman ölkəyə valyutanın gəlməsi artacaq”.
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?












