Azərbaycanda qar yağdı; yollar bağlandı - VİDEO

Şəkidə Novruz ərəfəsində qar yağıb. Avtosfer.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, səhər saatlarından etibarən yağan qar Şəkinin dağ kəndlərini ağ örpəyə bürüyüb. Kənd əhalisi temperaturun aşağı düşməsi və havanın şaxtalı keçməsinin kənd təsərrüfatı və meyvəçiliyə ziyan vuracağından ehtiyatlanır. Digər bir tərəfdən isə sakinlər ötən il baş verən quraqlıqdan sonra mart ayında yağan qarın dağlarda çay sularının artmasına səbəb olacağını deyirlər.
Ötən il bu vaxtları Şəkidə qar yağmadığını deyın sakin Əmrah Məmmədov bildirdi ki, bunun nəticəsində çaylarda suyun səviyyəsi azaldı, quraqlıq oldu: "Ona görə də həmin il yaxşı meyvə olmadı. Şaxta olmasa, yağan qarın ziyanından çox xeyri var”.
Şəkinin yüksək dağ kəndlərində isə hava şaxtalı olduğundan, hətta bəzi evlərin damından buz sallanıb. Həmçinin bəzi dağ kəndlərinə gedən yolların və körpülərin bir hissəsi də buz bağlayıb.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












