Azərbaycanda texniki baxışa görə cərimə yazılmayacaq - VİDEO

Karantin rejimi müddətində də nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilir. Texniki baxış bitdikdən sonra sürücülər müayinə məntəqəsinə gələrək ara məsafəsini gözləməklə, avtomobillərini texniki baxışdan keçirə bilərlər. Yəni görülən tədbirlər onu deməyə əsas verir ki, sürücülərin texniki baxışdan keçə bilməmək üçün hansısa bir səbəb gətirməsinə gərək qalmır. Mövcud vəziyyətdə texniki baxış üçün şərait yaradılıb. Bu müddət ərzində texniki baxışın keçirilməməsinə görə, sürücülərin inzibati məsuliyyətə cəlb edilməməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən müvafiq göstəriş verilib və karantin rejiminin sonunadək texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin idarə edilməsinə görə, heç bir sürücü inzibati məsuliyyətə cəlb edilməyəcək. Hətta karantin rejimi bitdikdən sonra da, sürücülərə müəyyən müddət veriləcək ki, onlar texniki baxışdan keçə bilsinlər.
Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












