Azərbaycanda tragikomik hadisə: 5 aydır şəxsi avtomobilini idarə edə bilmir - VİDEO

Hacıqabul sakini qəribə vəziyyətlə üzləşib. Elnur Ocaqov mart ayından etibarən şəxsi avtomobilini idarə edə bilmir. Səbəb başqa şəxsə yazılmış cərimələrin onun elektron ünvanına göndərilməsidir. Məsələ ilə bağlı baş dövlət yol polisindən bildirilib ki, vətəndaş quruma rəsmi müraciət etməlidir.
Hacıqabul sakinin başına tragikomik hadisə gəlib. Elnur Ocaqov 5 aydan çoxdur ki, şəxsi avtomobilini idarə edə bilmir.
Mart ayından başlayaraq hər ay onun idarə etdiyi 90 RP 517 dövlət qeydiyyat nişanlı avtomobilə cərimə protokolları tərtib edilir.
Elnur Ocaqov deyir ki, özünün idarə etdiyi avtomobil VAZ 21014 markalı minik avtomobilidir. Onun elektron ünvanına gələn cərimələr isə başqa sürücünün törətdiyi qayda pozuntuları ilə bağlıdır.
Elnur Ocaqov bildirib ki, yığılan cərimələrin məbləği 200 manatdan çoxdur.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki, vətəndaş məsələ ilə bağlı quruma rəsmi şəkildə müraciət ünvanlanalıdır. Yalnız bu müraciətdən sonra iş araşdıralaraq öz həllini tapa bilər.
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA












