Bakı Limanı vasitəsi ilə Azərbaycandan tranzit keçən TIR-ların sayı 30 faizə yaxın artıb

Bakı Limanı vasitəsi ilə Azərbaycandan tranzit keçən TIR-ların həcmində 29,5 % artım var.
Bakı Limanından Avtosfer.az-a verilən məlumata görə, limanda logistik şirkətlər və ümumilikdə liman istifadəçiləri üçün formalaşdırılan rahat mühit, infrastruktur imkanları eyni zamanda yeni reallıqlar fonunda Avropa, Türkiyə və Mərkəzi Asiya arasında Bakı Limanından keçməklə daşınan ağırtonnajlı nəqliyyat vasitələrinin (TIR) dövriyyəsində ciddi artım qeydə alınıb. Belə ki, ötən ilin ilk altı ayı ərzində Bakı Limanı vasitəsi ilə 18 075 ədəd TIR daşınmışdısa, 2022-ci ilin ilk 6 ayında bu rəqəm 23 410 ədəd olub ki, bu 29,5%-lik artım deməkdir.
Qeyd edək ki, Ələt qəsəbəsində yerləşən Bakı Limanı yeni multimodal logistik mərkəzdə tam olaraq fəaliyyətə başaladığı 2018-ci ildən etibarən TIR aşırılmasında da mütəmadi olaraq artım qeyd alınıb. 2018-ci ildə Bakı Limanında 21 401 ədəd olduğu halda, 2021-ci ildə bu rəqəm 84 %-lik artımla, 39 431 ədəd olub. Müsbət tendensiyanın bu ilin sonunadək də davam edəcəyi proqnozlaşdırılır.
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!











