Bakıda film kimi əməliyyat - Avtoxuliqan belə saxlanıldı - VİDEO

Bakıda narkotik vasitələrin təsiri altında oğurluq maşınla şou göstərən və polislərə xəsarət yetirən şəxs tutulub. Avtosfer.az xəbər verir ki, Abşeron rayon sakini Əbülfət Məmmədov aprelin 16-da polisə şikayət edərək etibarnamə ilə idarə etdiyi “BMW” markalı 99-RG-740 dövlət qeydiyyat nişanlı minik avtomobilinin rayon ərazisindən qaçırılması barədə məlumat verib. Daxil olmuş məlumat əsasında həmin nəqliyyat vasitəsinin aprelin 17-də gecə saat 03:30 radələrində Binəqədi rayonu ərazisində hərəkətdə olması müəyyən edilib. Dərhal ərazi üzrə xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol-Patrul Xidməti inspektorları tərəfindən ona saxlama barədə işarəsi verilib. Lakin sürücü verilən işarəyə tabe olmayaraq köməyə gəlmiş post-patrul xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobili vuraraq şəhər istiqamətinə hərəkətini davam etdirib.
Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təqibi davam etdirilən avtomobil daha sonra saat Nərimanov rayonu ərazisində hərəkətdə olan “Hyundai” markalı 90-OH-051 dövlət qeydiyyat nişanlı digər bir avtomobili də vurub. Zərbə nəticəsində “Hyundai” markalı avtomobil həmin ərazidə piyada xidmət aparan YPX inspektorunu da vuraraq ona bədən xəsarəti yetirib. Görülmüş operativ tədbirlər nəticəsində qaçırılmış avtomobil Nərimanov rayonu “Montin” qəsəbəsi ərazisində saxlanılıb. Araşdırma zamanı həmin avtomobilin əvvəllər dəfələrlə məhkum olunmuş Ramazan Ağabəyov olduğu məlum olub.
Qeyd edək ki, sürücü saxlanılan zaman üzərindəki kəsici alətlə Binəqədi rayon DYPŞ-nin əməkdaşlarına müqavimət göstərərək onlara hücum etməyə cəhd edib. Lakin YPX zabitləri Mehdi Hacıyev, Nicat Hadiyev və Röyal Sarıyevin çevikliyi nəticəsində o, dərhal zərərsizləşdirilərək Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə təhvil verilib. Qeyd edək ki, adları çəkilən YPX zabitləri ötən ilin iyun ayında Binəqədidə "Mercedes" markalı avtomobildə sərnişini güllələyib qaçmağa çalışan şəxsin tutulmasında da fəail iştirak ediblər.
Onu da bildirək ki, Ramazan Ağabəyovun paytaxt ərazisində törətdiyi ardıcıl qanun pozuntuları “Təhlükəsiz şəhər” kameraları vasitəsilə lentə alınıb. Araşdırma zamanı Ramazan Ağabəyovun aqaçırdığı avtomobili istifadə etdiyi narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Elmin
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur





















