Bakıda ölüm saçan "avtoş"lardan daha bir ŞOK VİDEO

Gecənin qaranlığı Bakıya düşən kimi qayda-qanunları tapdalayanlar da düşürlər ortaya. Sanki qaranlıq onların əməllərini də görünməz edəcək. Sosial şəbəkələrdə yayılan bir video xeyli danışıldı. Gənclər maşını elə sürür ki, sanki şəhər içində deyil, hansısa ralli yarışındadır və finiş xəttinə tələsir. Müxtəlif qəza vəziyyətləri yaratmaqlarına baxmayaraq bu təhlükəli şou onlar üçün sadəcə əyləncədir. Bir məqamda yoldakı maşınlardan birinin yan güzgüsünü sıradan çıxarırlar və tez elin sözü olmasın “yollarını dəyişib “aradan çıxırlar”.
Bizim şəbəkəçilər də qaza basdılar və ürəklərini şərhlərə boşaltdılar. Onlarıdan bir neçəsini sizə təqdim edirik.
İlahi Nazimoğlu: “Bu cür sürməklə bir gün əzrayıla qonaq olacaqlar”.
Nizami Əkbərov: “Sonra da işıq dirəyinə girəndə az qala desinlər ki, mən dayanmışdım, dirək özü gəlib dəydi”.
Rusif Abdullayev: “Nə qədər ki, avtoşlar üçün xüsusi yer ayrılmayacaq, bu məsələ həll olunmayacaq”.
Vüsal Muradov: “Bərk sürəndə şir kimi olurlar, qəza edəndə pişik kimi”.
Beləcə gənclər yarı satirik, yarı ciddi formada bu dəliqanlı sürücüləri qınadılar. Amma onları dəstəkləyənlər də oldu. Ümumilikdə ictimai qınağın olması yaxşıdır ki, bəlkə utanıb sürəti azaltdılar. anspress.com
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










