Bakıda “Porsche”nin ən sürətli elektrik sedanı təqdim edildi - FOTO - VİDEO

COVID-19 pandemiyası səbəbindən Azərbaycanda ilk dəfə olaraq təqdimat mərasimi onlayn keçirildi.
“Porsche” Bakı Mərkəzi hər kəsin gözlədiyi 2019-cu ildə “İlin avtomobili” mükafatı alan tam elektriklə çalışan yeni “Taycan” modelini təqdim etdi. “Taycan Turbo S” modeli Azərbaycanda satışda olan ən sürətli sedan avtomobili oldu.
Yeni “Taycan” modelləri iki elektrik mühərriki ilə təchiz olunub və ən yüksək komplektasiyada toplam 560 kVt (761 at gücü) və 1050 Nm fırlanma anı hasil edir. “Taycan Turbo S” 0-dan 100 km/2,8 san təşkil edir. Bu göstəricilər superkar avtomobillərin göstəricilərinə bərabərdir.
Avtomobilin alt hissəsində 800 voltluq yüksək performanslı batareya quraşdırılıb. Bu cür konstruksiya sayəsində “Porsche” mühəndisləri ağırlıq mərkəzini çox aşağı səviyyədə tuta bildilər. Buna görə avtomobil döngələrdə fenomenal idarəetmə bəxş edir.
“Porsche” standartlarına uyğun olan müvafiq elektrikdoldurma məntəqələrinin vasitəsilə avtomobilin batareyasının tam dolmasına 23 dəqiqə sərf olunur. Tam dolu batareya ilə avtomobil 400-450 km məsafə qət edə bilir.
Bu cür elektrikdoldurma məntəqələri hazırda “Porsche” Bakı Mərkəzinin ərazisində quraşdırılır və çox yaxın zamanda şəhərimizin bir çox nöqtələrində quraşdırılacaq.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












