Bakıda qanunsuz sərnişin daşıyan taksi sürücüləri HƏBS OLUNDU - 5 sutka

Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində qanunsuz taksi fəaliyyəti göstərən iki sürücü həbs edilib. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, taksi fəaliyyəti göstərən 30 yaşlı A.Məmmədov və 33 yaşlı M.Rüstəmov Nəqliyyatda Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların taksi tanıma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olması, sərnişinlərin gediş-gəlişinə mane olaraq ictimai qaydanı pozması bildirilib. Hər iki şəxs barəsində inzibati protokol tərtib edilib.
Həmçinin qeyd edilib ki, həmin sürücülər barəsində daha əvvəl ümumilikdə 22 dəfə tənbeh tədbiri görülsə də, əməllərinə davam edirlər.
Saxlanılan sürücülər Xəzər Rayon Məhkəməsinə göndərilib. Onların hər ikisinə 5 sutka inzibati həbs cəzası verilib.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












