Bakıda qəzaya uğrayan ”Ferrari”nin sahibi kimdir? - Qiyməti 250 min dollardan başlayır - VİDEO

Ötən gecə Bakının mərkəzində “Ferrari” və “Toyota Prius” markalı avtomobillərin toqquşması ilə nəticələnən hadisə geniş müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, “Ferrari California T” modelli bu avtomobilin qiyməti 250 min dollardan başlayır.
Əldə edilən məlumata görə, qəzaya düşən “Ferrari” Bakı sakini Nəcməddin Babayevin mülkiyyətindədir. Nəsimi rayonu Salatın Əsgərova və İslam Səfərli küçələrinin kəsişməsində baş verən qəzada avtomobilin sükanı arxasında kimin olması hələlik tam dəqiqləşməsə də, 77-SM-077 dövlət qeydiyyat nişanlı “Ferrari”ni idarə etmək üçün son etibarnamənin N.Babayev tərəfindən Mirsəlim Məmmədzadə adlı şəxsə verilməsi məlum olub. M.Məmmədzadənin beynəlxalq şirkətlərin birində çalışdığı bildirilir.
Hazırda hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












