Bakıda sürücü yanan maşını belə tərk etdi - VİDEO

Bakıda avtomobili yanan sürücü vaxtında qəzadan qurtula bilib. Hadisə Nizami rayonu Heydər Əliyev porspektində, metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verib. Belə ki, “Opel” markalı avtomobil Heydər Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil prospektdə əsas və köməkçi yolları ayıran arakəsməyə çırpılıb. Daha sonra avtomobil bir neçə metr sürüşüb və yanmağa başlayıb. Yüngül xəsarət alan sürücü alışan maşını tərk edə bilib.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb edilib. Qəzaya uğrayan avtomobil tamamilə yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin ehtimala görə, yol qəzasına yüksək sürət səbəb olub.
ans
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










