Bakıda "Tarqovı"ya maşınla giriş qadağan edildi - Yol bağlandı - VİDEO

Bakıda Malakan bağı kimi tanınan Xəqani parkının ətrafına avtomobillərlə giriş məhdudlaşdırılıb. Avtosfer.az xəbər verir ki, proses bu gün başlayıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Rəsul Rza, Qoqol və Xəqani küçələrində avtomobillərin hərəkətinə dəyişiklik edilib. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən əraziyə dibçəklər qoyulub. Xəqani parkını avtomobillə dövr eləmək mümkün olmayacaq. Maşınla Zərifə Əliyeva küçəsindən sağa dönənlər yalnız Fransa səfirçliyinin qarşısına gələ, oradan da sağa dönərək Üzeyir Hacıbəyli küçəsiylə Səməd Vurğun və Bülbül küçələrinə qayıtmaqla Neftçilər prospektinə və ya Zərifə Əliyeva küçələrinə çıxa biləcəklər. Xaqani parkının aşağı hissəsindəki mərtəbəli parkinq yerindən istifadəyə də icazə verilir. Bundan başqa, bir müddət sonra işin davamı olaraq həftə sonları həmin küçələrə giriş tam bağlanacaq.
Uzun müddətdir aparılan təhlillər göstərir ki, günün müxtəlif saatlarında, həftə sonları və axşam saatlarında "Tarqovı"ya maşınla gəlmək istəyənlərə görə Sahil metrosunun ətrafında sıxlıq yaranır.
Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı bildirib ki, bu məsələ bir neçə ildir müzakirə olunurdu. Belə bir addımın atılması həm ərazidə sıxlığı aradan qaldıracaq, həm də insanların parkda və park ətrafında piyada şəkildə daha rahat hərəkət etməsinə imkan yaradacaq.
Məhəbbət
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı












