Bakıda təmir adı ilə sürücüləri «soyurlar» - yoldan keçəndən pul alırlar

İki həftədir Bakının cənub girişi sürücülər üçün bağlıdır. Sürücülərin Avtosfer.az-a verdiyi məlumata görə, yolda aparılan təmir işləri ilə bağlı olaraq sürücülər həmin istiqamətdən Bayıl tərəfə və «Sədərək» Ticarət Mərkəzi istiqamətinə yönəldilir. Bayıl istiqamətində isə günün əksər vaxtlarında tıxac olduğundan sürücülər məcburiyyət qarşısında qalıb Sədərək Ticarət Mərkəzindən keçməklə yenidən Dairəvi yola çıxırlar. Amma bir neçə kilometrlik bu yolu qət etmək üçün sürücülər 50 qəpik pul ödəmək zorundadır. Gün ərzində isə bu yoldan minlərlə maşın keçdiyindən toplanan vəsait o qədər də kiçik rəqəm deyil. Bəzi ekspertlər isə bu təmir işlərinin bilərəkdən uzadıldığı və sürücülərdən əlavə pul almağa xidmət etdiyi qənaətindədir.
Ekspert Ərşad Hüseynov deyir ki, cənub istiqamətindən şəhərə girişin bu qədər müddətə bağlanması başadüşülən deyil: «Guya 10 metr yeri təmir edəcəklər. Demişdilər ki, bir həftəyə təmir başa çatacaq. Amma 15 gündür hər gün minlərlə sürücü «Sədərək» Ticarət Mərkəzinə ödəniş edir. Deməli, burada da məqsəd yol təmir etməkdən daha çox pul qazanmaqdır. Bir gündə həmin yoldan 50 min manata yaxın pul götürülür. İctimaiyyətə də açıqlama verilmir ki, yol nə zaman açılacaq».
Məsələyə münasibət öyrənmək üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC ilə əlaqə saxlamaq istədik. Amma gün ərzində qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevə etdiyimiz zənglər cavabsız qaldı.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










