Bakının "avtoş"larını siz də tanıyın - 15 sutka

Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi avtoxuliqanlarla bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, martın 3-də saat 01 radələrində Xətai rayonu ərazisində Roman Səmədov idarə etdiyi “Opel” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, barəsində toplanmış material Xətai rayon məhkəməsinə göndərilib. Cari il fevral ayının 20-də Yasamal rayon ərazisində Səid Həsənov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, barəsində toplanmış material Yasamal rayon məhkəməsinə göndərilib. Cari il yanvar ayının 23-də paytaxt sakini Qabil Hüseynov idarə etdiyi "Opel" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, barəsində toplanmış material Nizami rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin 13.02.2015-ci il tarixli qərarına əsasən Q.Hüseynov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş və barəsində 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












