Avtomobildə yanacaq çənini necə təmiz saxlamalı? - Açıqlama

Azərbaycanda sürücülər çox zaman benzinin keyfiyyətli olmaması barədə şikayət edirlər. Avtomobildə yaranan nasazlıqların əsas səbəblərindən biri kimi məhz bunu göstərirlər. Ustalar isə benzinin keyfiyyəti ilə yanaşı, sürücünün də məsuliyyətini ön plana çəkirlər.
Avtosfer.az-ın məlumatına görə mövzu ilə bağlı “MediaPost”a danışan avtomobil ustası Etibar Əliyev deyir ki, benzinin keyfiyyətli olması, yanacaq sisteminin hər zaman təmiz qalacağı anlamına gəlmir: "Təbii ki, zaman keçdikcə yanacaq çənində müxtəlif maddələr yığılır. Hətta bəzən benzinin tərkibində su olarsa çənin dibinə çökür. Sürücülərə ilk tövsiyə etdiyimiz məqam süzgəclərin vaxtında dəyişdirilməsidir. Bəzi avtomobillərdə yanacaq çəninin içində mikrosüzgəc olur ki, bu da mühüm əhəmiyyət kəsb edir. Onun dəyişdirilməsi və ya təmizlənməsi zəruridir. Çünki yanacaq sisteminə ötürülən hissədə yerləşir."
Ustanın sözlərinə görə, müasir dövrdə əlavə qatqılar bu problemlərin həlli üçün istifadə olunur: "Bu qatqıların tərkibində elə kimyəvi maddələr var ki, onlar yığılan lazımsız qalıqları məhv edir. Nəticədə yanacaq çəni təmizlənir."
Etibar Əliyev bəzi sürücülərin həddindən artıq səhlənkarlıq etdiyini və nəticədə daha çox xərcə düşdüyünü də bildirib: "Yanacaq çəninin yuyulması çətin və vaxt tələb edən prosesdir. Həm də əlavə xərcdir. Odur ki, sürücülər sadə qaydalara əməl etməklə bundan xilas ola bilərlər. İkiqat əziyyət çəkməmək üçün, işi o həddə çatdırmaq lazım deyil."
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












