Benzin əvəzinə səhvən dizel əlavə edilirsə ..... - VİDEO

Yanacaqdoldurma məntəqəsində bəzən elə olur ki, səhvən benzin əvəzinə dizel, dizel əvəzinə benzin yanacağı vurulur. Həmin vaxtı isə bəzi sürücülər yanacaq çənini boşaltmaqla problemi həll etməyə çalışırlar. Bu isə sürücünü sonradan xeyli xərcə sala bilər.Ustalar belə halla qarşılaşan sürücülərin mütləq qaydada ustaya müraciət etməsini tövsiyyə edir. Çəkilən bütün xərcləri isə yanacaq doldurma məntəqəsi qarşılamalıdır.
Benzinlə işləyən avtomobilə yanacaq doldurma məntəqəsində dizel yanacağı əlavə ediblər.
Hadisə paytaxt sakini Xəqani Mehdiyevin başına gəlib.O deyir ki,yanacaqdoldurma məntəqəsində işləyən şəxsə benzin deməyinə baxmayaraq,onun avtomobilinə dizel yanacağı töküblər.
Avtomobil ustaları isə bildirir ki,belə hadisələr son zamanlar tez tez baş verir.Lakin bəzi sürücülər həmin an səhv edərək çəni boşaldır yenidən yanacaq tökərək sürürlər.Bu isə sürücünü xeyli xərcə sala bilər.
Avtomobil ustası Sahil Ağabəyli deyir ki,benzin mühərrikli avtomobilin yanacaq çəni tam boşaldılsa belə orda mütləq dizel yanacağı qalır.Ona görə də çən tam sökülüb benzinlə yulmalı yanacaq filtrləri dəyişməlidir.Bütün xərcləri isə yanacaq doldurma məntəqəsi qarşılamalıdır.
Ustalar bu hala qarşılaşan sürücülərə mühərriki işə salmamağı və mütləq qaydada ustaya müracət etməyi tövsiyyə edir.
"Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir?
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi












