Belaruslar Çin brendlərindən üz döndərir: Yanacağı “içir”, təkərlər yaxşı deyil...

Belarusda da Azərbaycana bənzər vəziyyət yaranıb. Ötən ilin sonlarında hökumət elektromobil və hibridlərə güzəşti ləğv etdikdən sonra qısa müddət ərzində Çin maşınları bazarı doldurdu. Yanvarda güzəştlər ləğv edildikdən sonra isə, belaruslar Çin texnikasından üz döndərməyə başladılar. Bəs hazırki vəziyyət necədir?
Avtosfer.az xəbər verir ki, Çin maşınlarının vəziyyəti ilə bağlı belarus mediasında və sosial şəbəkədə çox sayda xəbərə rast gəlmək mümkündür. Ən ciddi narazılıqlar isə qiyməti 35 min dollardan yuxarı olan “Li” və “Voyah” kimi brendlərdən gedir.
Belarus mediasında yer alan xəbərlərdə sürücülər ən çox yanacaq sərfiyyatından şikayətlənirlər. Bildirilir ki, doldurulabilən hibridlər elektriklə deyil, sırf benzinlə hərəkət etdikdə sərfiyyat 14 litrə çatır. Kəskin şaxtalarda sərfiyyat 20 litri ötür! Halbuki, texniki sənədlərdə 1,5 litrlik mühərrik üçün sərfiyyat maksimum 8 litr göstərilir. Nəzər alaq ki, Belarus yanacaq keyfiyyətinə görə Avropanın ən qabaqcıl ölkələri arasındadır. Bizdən fərqli olaraq bu ölkədə 92 oktan populyar deyil. Minsk vilayətində yanacaq satışının 80 faizdən çoxu 95 və daha yüksək oktanlı benzinin payına düşür.
Digər problemlər şinlərlə bağlıdır. Belaruslu sürücülər iddia edirlər ki, Çin avtomobillərinin üzərindəki şinlər qış rejiminə uyğun gəlmir və mütləq dəyişdirilməlidir.
Başqa bir narazılıq maşınların lak örtüyü ilə bağlıdır. Avtomobil sahibləri boyanın çox tez cızılmasından şikayətçidirlər. Buna görə də ağ rəngi daha çox seçirlər.
Yanvarda güzəştlər dayandırıldıqdan sonra belaruslar yenidən ikinci əl Avropa avtomobillərinə üz tutdular. Lüks Çin modelləri isə yarı qiymətinə satışa çıxarılıb.
Vüqar Yaşaroğlu
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












