Əli Həsənovun qəza törədən nəvəsi nömrələr satdı? – DYP-dən TƏKZİB - FOTO
Avtoxəbər
18 May 2020 16:06

Nail Allahverdiyevə məxsus əksər avtomobillər satılıb
Bakıda 2017-ci ildə törətdiyi ağır avtomobil qəzası ilə iki nəfərin ölümü və iki nəfərin yaralanmasına səbəb olan "Qaçqınkom"un sabiq sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdən yeni xəbər var. Avtosfer.az-ın unikal.org-a istinadən məlumatına görə, N.Allahverdiyevə məxsus əksər avtomobillər satılıb. O, əvvəlcə qəza törətdiyi "Gelandewagen”ni dövlət nömrə nişansız satıb. Daha sonra isə qəza törətdiyi avtomobilin 10-PP-203, “Porsche” 10-YY-203, “Niva” 10-OO-203 dövlət nömrə nişanlarını 20 min AZN-ə satışını həyata keçirib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbər rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirdi ki, qeyd olunan hər üç dövlət nömrə nişanı 2017-2018-ci illərdə nəqliyyat vasitələri başqa şəxslərin adına keçdiyi üçün DYP-yə təhvil verilib. Bu günə qədər həmin nömrələr heç kimə verilməyib.
DYP bildirir ki, bu cür informasiyaların heç bir əsası yoxdur: "Bir daha qeyd edirəm ki, dövlət nömrə nişanları yalnız DYP tərəfindən dövlət rüsumları ödəniıdikdən sonra satıla bilər. Kiminsə nömrə satması və ya şişirdilmiş qiymətlər göstərməsi düzgün deyil. Belə elanlara və ya məlumatlara inanmayın".









Oxunub : 7028
DİGƏR XƏBƏRLƏR
29 Noyabr 2026 11:00
"Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir?
28 Noyabr 2026 20:27
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
28 Noyabr 2026 17:53
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
27 Noyabr 2026 21:54
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
27 Noyabr 2026 14:06
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
26 Noyabr 2026 20:51
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
26 Noyabr 2026 17:54
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
26 Noyabr 2026 16:09
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
26 Noyabr 2026 14:00
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
26 Noyabr 2026 13:18
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
25 Noyabr 2026 23:22
Rusların sağsükanlı “Toyota” sevgisi
24 Noyabr 2026 09:18
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
ŞƏRH YAZ











