“Bir vaxtlar bizim kişilərin iri maşın sevgisi vardı” - Bu maşınları indi heç kim almır

Avtomobil bazarında benzin və dizel yanacağı ilə çalışan, irihəcmli mühərrikə malik SUV avtomobillərin qiymətləri xeyli ucuzlaşıb. “Cip” kimi tanınan bu maşınlar artıq alıcıların diqqətini cəlb etmir. Yanacaq qiymətlərinin və ehtiyat hissələrinin getdikcə bahalaşması bir zamanlar yollarda görməyə vərdiş etdiyimiz “Toyota Prado”, “Mitsubişi Pajero” kimi maşınların prestijini xeyli zəiflədib.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan avtromobil realtoru Elvin Quluzadə bildirib ki, SUV maşınların dövrü artıb bitir:
“İnsanlar ağıllanıb, heç kim iri həcmli mühərrikə malik olan avtomobil almaq istəmir. “Toyota Prado”, “Mistubişi Pajero” kimi maşınlar əvvəllər dəbdə idi. Bizim kişilərin də iri maşın sevgisi vardı. Lakin bu maşınlar dağda-daşda sürmək, yük daşımaq üçündür, şəhər mühitinə əsla uyğun deyil. Şəhər maşını sedan tipli minik maşınlardır. İndiki zamanda cip sürmək hər kəsin cibinə uyğun deyil”.
Realtor qeyd edib ki, elektromobil və hibrid avtomobillər sözügedən maşınların satışına olduqca mənfi təsir göstərir:
“Məsələn, 5-10 il əvvəl avtomobil bazarlarında ciplərə xeyli tələb var idi. İnsanlar üçün cip sürmək bir növ prestij, status sayılırdı. Amma indi belə deyil. Maşın insanı bir yerdən başqa yerə aparmaq üçün sadəcə vasitədir. Yəni mühərrik həcmi daha aşağı olan maşın da səni Bakıdan Sumqayıta aparır, iri mühərrikli cip də. Ona görə də elə ən yaxşısı daha sərfəli olan avtomobildir.
Digər tərəfdən, elektromobil və hibrid maşınlar da bazara xeyli təsir edib. Artıq imkanı olan elektromobil cip modellərinə üstünlük verir. Bu həm daha sərfəlidir, həm də müasir. Bütün bunları nəzərə alanda fikrimcə, benzin və dizellə çalışan iri mühərrikli ciplərin dövrü artıq bitir”.
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır
PPF örtüyü avtomobil boyasını nə dərəcədə qoruyur? – VİDEO
Ölkəyə nə qədər elektrik və hibrid avtomobil idxal edilib? - DGK sədri açıqladı - VİDEO
“Maserati” milyardlıq elektromobil layihəsini dayandırdı










