Biznesmenlər arasında ən populyar avtomobillərin TOP-10-luğu

Rusiyada biznesmenlər arasında ən populyar avtomobillərin adları açıqlanıb. Avtosfer.az xəbər verir ki, Rusiyada premium avtomobillərə tələb təəccüblü dərəcədə sabitdir: 2019-cu ildə ümumi bazar enişi dövründə onların satışları 4% artaraq 155 min ədədə çatıb.
“Forbes” jurnalı Rusiya Federasiyasında 100 min dollardan yuxarı olan ən populyar avtomobillərin siyahısını tərtib edib.
Beləliklə, reytinqə Yaponiyanın tam ölçülü “Lexus LX” SUV başçılıq edir. Avtomobilin orta qiyməti 108,611 dollardır, modeldən ötən il 3657 ədəd satılıb.
İkinci yeri “BMW X7” tutub – yeni flaqman krossoverin qiyməti 102,280 dollardır. Rusiyalılar “X7”-dən 3019 ədəd alıblar.
İlk üçlüyü “Land Rover Range Rover” markası bağlayıb. Avtomobilin orta qiyməti 139,598 dollardır, Britaniya markasından 2713 ədəd satılıb.
Siyahının dördüncü və beşinci yerində, “Mercedes-Benz S-Class” sedanı (136,441 dollar, 1438 əd.), “Mercedes-Benz G-Class” (188,867 dollar, 1391 əd.) qərarlaşıb.
Varlı ruslar arasında bir qədər az populyar olub – “BMW 7-Series” sedan (110,177 dollar, 1149 əd.), “Cadillac Escalade” SUV (100,919 dollar, 625 əd.), sedan “Mercedes-Benz Maybach S-Class” (155,806 dollar, 528 əd.), sportkupe “Porsche Panamera” (133,653 dollar, 455 əd.) və daha bir sportkupe “Mercedes-Benz AMG GT” (108,609 dollar, 438 əd.).
Reytinqin autsayderi, elektrikli “Jaguar I-Pace” krossoveri olub, bu avtomobilin qiyməti 103,399 dollardır. Ötən ilə bu markadan 128 ədəd satılıb.
Namiq Musayev
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












