Manhart atelyesi M8 kupesini hiperkara çevirib - VIDEO

Manhart atelyesində BMW şirkətinin model xəttində hiperkarın olmadığını hesab edirlər və yaranmış boşluğu doldurmaq qərarına gəliblər. Atelye mütəxəssisləri BMW M8 Competition modelinin 4,4-litrlik V8 biturbomühərrikinin gücünü 823 at qüvvəsinə, fırlanma anını isə 1050 Nm-ə qədər artırıblar.
Nəticədə, MH8 800 adlandırılmış kupe 100 km/saat həddini toplamağa 2,6 saniyə vaxt sərf edir. Bu, M8 Competition kupesinin göstərəcəsindən 0,6 saniyə, Porsche 911 Turbo modelində olduğundan isə 0,1 saniyə yeyindir. Manhart MH8 800 modeli 200 km/saat həddinə sürətlənməyə 5,7 saniyə sərf edir. Məlum məsələdir ki, kupenin maksimal sürəti 300 km/saatın üzərindədir.
Manhart mütəxəssisləri tərəfindən təkmilləşdirilmiş kupe 21-düymlük təkər disklərinə və sürücüyə klirensi 30 millimetr arasında dəyişməyə imkan verən tənzimlənən asqı susteminə sahib olub. Atelye mühəndisləri buraxılış sistemini təkmilləşdirərək, mühərriki yaxşı səslənməsi üçün hissəciklər filtrini çıxarıblar. Opsional olaraq, katalizatorları çıxarılmış və 100 millimetrlik karbondan ucluqlara malik olan buraxılış sistemi təklif olunur.
Ənənəvi olaraq, Manhart atelyesində tüninq keçmiş avtomobillər karbondan hazırlanmış aerodinamik kuzov dəsti ilə təchiz edilir, qızılı haşiyələri və zolaqları olan qara rəngə boyanırlar. MH8 800 modeli də bu qaydalardan istisna deyil.(autograph.az)
"Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir?
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi











