BMW-nin gələcəyə baxışı - FOTO

Vision M Next konsepti xüsusi BMW Welt sərgisində təqdim edilib. Burada alman avtomobil istehsalçısı dizaynda, avtonom idarəetmədə və elektrikləşdirmədə son texnoloji nailiyyətlərini nümayiş etdirir.
İstehsalçıların çoxunun gələcək avtomobilləri avtonom nəqliyyat vasitəsi görmələrinə baxmayaraq, BMW bizi inandırmağa çalışır ki, onların modelləri sürücünün fəal iştirakı ilə davam edəcək.
Şirkətdən bildiriblər ki, müasir texnologiyalar idarəetməni daha təmiz və emosional edə bilər və bunun üçün Vision M Next konseptində EASE və Boost rejimlərindən istifadə edilib. EASE rejimi avtonom idarəetməyə, Boost isə sürücünün idarəetməsinə hesablanıb.
Yeni konseptin xarici dizaynı BMW Turbo və BMW i8-ə əsaslanıb – burada qağayının qanadları formasında qapıları, lazer fara və arxa fənərləri, ülgüc formasında hava çıxıntılarını, unikal yan asmaları qeyd etmək olar.
Avtomobilin interyeri minimalist üslubdadır. Burada üz tanıma texnologiyası var ki, o, sürücü yaxınlaşdığı vaxt özü qapını açır. Xüsusi Pod Boost interfeys sisteminə idarəetmənin bütün parametrləri və informasiya daxildir. Qabaq şüşədə ekran da mövcuddur.
Ən maraqlısı güc qurğusudur. O, həm hibrid, həm də ənənəvi benzin mühərrik ola bilər. Həmçinin elektrikli tam ötürücü və ya arxa ötürücü də təklif edilir.
Vision M Next-in maksimal gücü 600 a.g.-dür, maksimal sürət isə 300 km/saatdır. Yenilik yerindən 100 km/saata cəmi 3 saniyəyə sürətlənir. Tam elektrik rejimində avtomobil 100 km məsafə qət edə bilər.
Nazim Nadiroğlu










Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












