BMW şirkəti yeni bayraqdar krossoverin adını qeydə alıb

Alman Patent İdarəsinin məlumat bazasında X8 M əmtəə nişanının qeydiyyata alınması üçün verilmiş ərizə aşkar olunub. Sənədlər bu il 23 martın tarixində BMW şirkətinin adından təqdim edilib. Güman edilir ki, bu indeks altında X7 krossoverinin dəbdəbəli və dördyerli lüks versiyası buraxılacaqdır.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, zahiri cəhətdən, BMW X8 modelinin ondan bir pillə aşağıda dayanacaq X7 krossoverini təkrarlayacağı güman edilir. Üstəlik, insayderlər, yeni modelin X7 krossoverinin kupeşəkilli versiyasının olmadığını bildiriblər. Bununla belə, yeni krossover bir qədər dəyişdirilmiş profilə malik olacaqdır. İki krossover arasındakı əsas fərqlər salonun daha dəbdəbəli tərtibatıdan, zəngin təchizat səviyyəsindən və ikinci cərgədəki fərdi kreslolardan ibarət olacaqdır.
Alman istehsalçısının CO₂ tullantılarının səviyyəsini azaltmaq üçün qəbul etdiyi istiqamət V12 mühərrikini oyundan kənar qoyur. Bu səbəbdən də, yeni X8 modelinin V12 mühərriki ilə təchiz ediləcəyini gözləmək əbəsdir. Hazırda 6,6-litrlik V12 mühərriki M760i sedanında təklif edilsə də, yeni bayraqdar modelinin çıxması ilə bu mühərrik istefaya göndəriləcəkdir.
Bu halda, BMW X8/X8 M üçün uyğun olacaq mühərrik, X7 M50i və X5 M modellərində tətbiq edilən 4,4-litrlik V8 biturbo mühərrikidir. Birincidə bu aqreqat 530 at qüvvəsi, ikincidə isə, 600 və ya 625 at qüvvəsi hasil edir. Bununla belə, bu mühərrik daha böyük potensiala malikdir. Məsələn, Manhart atelyesi onun hasilatını 700 at qüvvəsinə və 900 Nm fırlanma anına qədər artırmağa müvəffəq olub.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












