BMW yeni superkar üzərində çalışmaları dayandırıb

BMW i8 və M1 modellərinin ideoloji varisi olan Vozoin M next layihəsi bavariyalılar tərəfindən qeyri-müəyyən müddətə dodurulub. Keçən il təqdim edilən konsept hibrid qurğulu i8 modelini əvəzləyəcək yeni superkara çevrilməli idi. Eyni zamanda, bavariyalılar, yeni superkarın 1978 -1981-ci illər arasında buraxılmış əfsanəvi M1 modelinin mənəvi varisi olduğunu da iddia edirdilər.
Bir neçə gün bundan öncə "Car and Driver" nəşri bavariyalıların 600 at qüvvəli hibrid superkarı hazırladığını bildirsə də, alman istehsalçısına yaxınlığı ilə tanınan BMW Blog nəşri britaniyalıların məlumatını təkzib edən xəbəri yayıb. Nəşrin şirkət daxilindəıki mənbələrinin bildirdiyinə görə, BMW yeni superkarın yaradılması üzərindəki çalışmaları dayandırıb.

İnsayderlərin bildirdiyinə görə, layihə bir neçə səbəbdən dayandırılıb. İlk nöbvədə, alman istehsalçısının rəhbərliyi layihəni həddən ziyadə risqli olduğunu hesab edir - analitiklər tərəfindən proqnozlaşdırılan satış həcmi modelin yaradılmasına çəkilən xərcləri ödəməyə bilər. Mənfəətdən ümumiyyətlə danışmaq olmaz.
Üstəlik, koronavirus pandemiyası da avtoistehsalçıları planlarda dəyişiklik edərək, maksimal qənaət rejiminə keçməyə vadar edib. Bundan başqa, alman istehsalçısının rəhbərliyi BMW M8 modelinin superkar rolunun öhdəsindən layiqincə gəldiyindən əmindir. Çox güman ki, şəraitin yaxşılaşmasından sonra, BMW bu layihəni yenidən dirçəldə bilər.(autograph.az)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












