Bu avtomobillərə ehtiyat hissələri və usta tapmaq müşkül məsələyə çevrilib - VİDEO

Son iki ildir ki, Azərbaycana Çin istehsalı olan avtomobillər çox gətirilir.
Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, bəzi məşhur avtomobil markaları var ki, onların da Çində istehsal olunan modelləri qiymətinin ucuz olması səbəbindən ölkəyə daha çox idxal olunur. Amma həmin maşınların Azərbaycanda ehtiyat hissələrini və ustalarını tapmaq müşkül məsələyə çevrilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, son iki ildə Çindən 25 mindən çox avtomobil idxal edilib. Bu isə ölkəyə idxal edilən avtomobillərin 10 faizini təşkil edir.
Son aylar ərzində isə Çin istehsalı olan “0” kilometr yürüşlü maşınlar ən çox satışa təklif olunan avtomobillər sırasındadır. Lakin ekspertlər bu avtomobillərin xüsusilə təmir və ehtiyat hissələri baxımından əlçatan olmadığını deyirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, Azərbaycanda böyük bazar payı olan tanınmış brendlər var ki, onların da Çində yığılan modelləri son illərdə bazarda artıb. Eyni marka və eyni model avtomobil Avropa ölkələrindən deyil, Çindən alınarsa, satış qiyməti 30 faiz daha ucuz başa gəlir. Elə buna görə də alıcılar avtomobilin hansı bazar üçün istehsal olunmasına baxmayaraq, ucuz olanı seçirlər.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Çindən 255 milyon dollarlıq avtomobil alınıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?










