Bu avtomobilləri ucuz qiymətə ala biləcəksiniz - Müddət uzadılır...

“2026-cı ildən sonrakı dövr üçün elektrik və hibrid avtomobillərə tətbiq olunan vergi güzəştlərinin davam etdirilib-etdirilməməsinə dair qiymətləndirmə aparılır. Yol xəritəsində nəzərdə tutulduğu kimi, vəziyyət təhlil olunaraq müvafiq təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcək”.
Bu sözləri bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Dövlət proqramlarının idarə edilməsi şöbəsinin müdiri Vüsal Abbasov Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində təşkil olunan “Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı” panel müzakirəsində deyib.
Hibrid və elektrikli avtomobillərə tətbiq olunan vergi güzəştinin uzadılması həqiqətən də mümkündürmü?
Milli Məclisin deputatı Vüqar Bayramov sözügedən avtomobillərlə bağlı vergi güzəştlərinin artırılma ehtimalını dəyərləndirib.
“Hibrid avtomobillərlə bağlı tətbiq edilən güzəştlər yalnız ili yeni olan avtomobillərə şamil olunurdu. Bu avtomobillərlə bağlı vergi güzəştləri mövcud idi. Məqsəd isə hibrd avtomobillərin Azərbaycana gətirilməsini sürətləndirmək idi. Təbii ki, hər il “Vergi Məcəlləsi”nə güzəştlər edilir. Bu dəyişikliklərdə müəyyən güzəştlərin dairəsi genişləndirilir və ya yeniləri tətbiq olunur. Bu baxımdan gözlənilir ki, 2026-cı ildə də “Vergi Məcəlləsi”nə dəyişikliklər davam etdiriləcək. Təbii ki, ilin ikinci yarısı bu dəyişikliklər tətbiq edilən zaman bu güzəşt müddətinin uzadılıb-uzadılmaması da bəlli olacaq. Amma nəzərə alsaq ki, bu dəyişikliklər ili köhnə olan avtomobillərin qiymətlərinə təsir etmir, çünki onsuz da bu güzəşt onlar üçün nəzərdə tutulmamışdı”.
Deputat qeyd edib ki, güzəştlər ləğv olunarsa, bu, hibrid və elektrikli avtomobillərin qiymətlərinə birbaşa təsir edəcək. Güzəşt müddəti uzadılmadığı halda bu avtomobillərin ölkəyə gətirilmə xərclərində və bununla əlaqədar olaraq avtomobillərin qiymətlərində artım müşahidə edəcəyik.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, güzəştlərin müddətinin artırılması gözlənilən prosesdir.
“Elektrik və hibrid avtomobillərlə bağlı vergi güzəştlərinin müddətinin uzadılması mümkündür. Bununla bağlı müəyyən güzəştlər, elementlər var. Nəzərə almaq lazımdır ki, 2025-2030-cu illər ərzində Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və digər planlarla bağlı dövlət proqramında bu məsələ ilə bağlı müəyyən mesajlar var. Elektrik, hibrid və s. bu tipli nəqliyyat vasitələrinin stimullaşdırılması üçün güzəştlərin tətbiqi davam etdirilə bilər. Dövlət proqramında biz bu mesajları görmüşük. Ümid edirik ki, aidiyyatı qurumlar məsələni daha da normal formada lazımi qurumları diqqətinə çatdıracaq, məsələ müzakirə olunacaq”.
Ekspert qeyd edib ki, bu müddət Cənab Prezidentin tapşırığı ilə ən azı 2-3 il artırıla bilər.(referans.az)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












