"Lexus"un yeddi min avtomobili geri çağırılır

Yaponiyanın avtomobil markası "Lexus" təhlükəsizlik yastıqları ilə bağlı potensial riskə görə minlərlə avtomobili geri çağırır.
Avtosfer.az xəbər verir ki, Avstraliyada noyabrın 13-də dərc edilən rəsmi bildirişə əsasən, kampaniya 7 015 avtomobili əhatə edir.
Söhbət 2005-2012-ci illərdə istehsal edilmiş "Lexus IS250", "Lexus IS250C", "Lexus IS350" və "Lexus IS-F" modellərinin müəyyən avtomobillərindən gedir.
Avtomobillərin ön sərnişin təhlükəsizlik yastıqlarında "Takata" şirkətinin istehsalı olan qaz generatorları quraşdırılıb. Bu hissələrin bəziləri əvvəlki geri çağırma kampaniyaları zamanı dəyişdirilib.
Rəsmi məlumata görə, uzun müddət yüksək temperatur və rütubətin təsirinə məruz qalma qaz generatorunda istifadə edilən maddənin xüsusiyyətlərini dəyişə bilər. Bu isə təhlükəsizlik yastığının işə düşməsi zamanı risk yarada bilər.
"Lexus" bildirib ki, indiyədək yoxlanılan hissələrdə deqradasiya, yəni materialın keyfiyyətinin pisləşməsi aşkarlanmayıb. Kampaniya qabaqlayıcı xarakter daşıyır və avtomobillər hazırda istifadə üçün təhlükəsiz hesab edilir.
Avstraliyadakı avtomobil sahiblərinə müvafiq bildirişlər göndəriləcək. Ehtiyat hissələri hazır olduqdan sonra qaz generatorları ödənişsiz dəyişdiriləcək.
Kampaniya 6GG99 nömrəsi ilə qeydə alınıb.
"Honda"nın bir milyondan çox avtomobili yoxlanılacaq
Diplomatların avtomobilləri və əmlakları satışa çıxarılır – SƏBƏB
ABŞ-nin Bakıdakı səfirliyi əşyaları və avtomobilləri ucuz qiymətə satışa çıxardı - FOTOLAR
Dünyanın ən məşhur hiperkarlarından birinin kiçik versiyası hazırlandı - FOTO
"Tesla"nın əməkdaşları müştəriləri izləyiblərmi?
“Toyota” yarım əsrlik modelin dizaynını dəyişmədi
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər












