Bu hərəkətlər digər sürücüləri ÇOX BEZDİRİR – 3 SƏHV

Bəzi təcrübəsiz və ya təkəbbürlü sürücülər nəqliyyat vasitəsini idarə edərkən digər sürücülərin ciddi qıcıqlanmasına səbəb olan hərəkətlər edirlər. Bu manevrlər təkcə münaqişəli vəziyyət yaratmaqla kifayətlənmir. Başqa bir mənfi məqam isə qəzaya düşmə riskidir. Yəni bu hərəkətlər yol-nəqliyyat vəziyyətini daha təhlükəli edir.
Avtosfer.az Lent.az-a istinadən avtomobil sürərkən çəkinməli olduğunuz manevrləri təqdim edir:
Yol kənarında ötmə
Böyük şəhərlərdə bəzi sürücülər tez-tez tıxaclardan qaçmaq arzusunda olurlar. Nəticədə onlar yolun kənarına, hətta səkiyə çıxmağa qərar verirlər. Belə manevr “sürücülük etiketinin” ciddi pozulması hesab olunur. Bundan əlavə, bu hərəkət yol hərəkəti qaydalarının pozulmasıdır.
Məsafə saxlamamaq
Svetoforda və ya dayanacaqda dayanan avtomobillər arasında müəyyən məsafə olmalıdır. Əks halda, təsadüfən toqquşma və ya avtomobilin kosmetik görünüşünə zərər vermə riski çox yüksək olacaq. Təcrübəli sürücüləri yolda və dayanacaqda məsafəni saxlamayan həmkarları ciddi qıcıqlandırır.
Yüksək sürət
Sürət həddini aşan sürücülər heç də həmişə cərimələnmir. Axı, məsuliyyət yalnız göstərici müəyyən səviyyədə aşılanda yaranır. Bəzi təcrübəsiz sürücülər bundan istifadə edir və tez-tez cərimə ödəməmək üçün sürət həddini ona uyğun aşırlar. Təcrübəli sürücülər isə bu davranışı heç xoşlamır. Axı sürət həddinə ancaq cərimələnməmək üçün fikir vermək yanlışdır.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










