Bu marka avtomobil bazarında lider olub

Ötən ay Türkiyənin elektrikli avtomobil bazarında üç mindən çox satışla yerli istehsal “Togg” lider olub. İlin ilk rübündə “Togg T10X”un ölkədəki elektrik avtomobil satışlarındakı payı 35,29, ötən ay isə 49,25 faiz təşkil edib. Türklərin yerli avtomobilə üstünlük vermələri əvvəlki aylarda da müşahidə edilib. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, hər gün Türkiyə küçələrində daha da çox görünməyə başlayan “Togg”un ölkə vətəndaşlarında böyük maraq oyatdığı açıq-aşkardır.
Ümumiyyətlə, son dövrdə Türkiyədə avtomobil bazarında durğunluq müşahidə edilsə də, satılan nəqliyyat vasitələri arasında elektrikli avtomobillərə daha çox üstünlük verilir. Belə ki, ötən illə müqayisədə bu növ avtomobillərin satışı 266,2 faiz artıb. Ümumi satışlarda isə tam elektriklə işləyən avtomobillərin payı faiz hesabı ilə 2,2-dən 9,9-a, hibrid avtomobillərin payı isə 11,3-dən 17,4-ə yüksəlib.
Statistikaya əsasən, ötən ay Türkiyədə avtomobil satışları əvvəlki ilin eyni dövrünə nisbətən 20,61 faiz azalıb. Ticarət məqsədilə istifadə olunan daha irihəcmli nəqliyyat vasitələrinin satışında isə artım müşahidə olunub.
Ölkədə satışı ən çox azalan elektrikli nəqliyyat vasitəsi isə ABŞ istehsalı olan “Tesla”dır.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










