Bu maşınlar sayrışan işıqları ayırd edə bilmir - Səbəb nədir? – TEXNOLOQ AÇIQLADI

Bəzi ölkələrdə aparılan tədqiqatlar göstərir ki, avtonom rejimdə işləyən nəqliyyat vasitələri, Xüsusən “Tesla” modelləri digər avtomobillərin qəza işıqlarını, xüsusilə də xüsusi təyinatlı nəqliyyat vasitələrinin sayrışan işıqlarını düzgün qavraya bilmir.
Bu isə yol hərəkəti təhlükəsizliyi baxımından ciddi problemlər yarada bilər. Mütəxəssislər belə halların qarşısını almaq üçün müxtəlif texnologiyaların tətbiq edilməsini təklif edirlər.
Texnoloq Elvin Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, avtonom nəqliyyat vasitələrinin xüsusi siqnalları düzgün tanımaması əsasən sensorların məhdudiyyətləri və süni intellektin interpretasiya problemləri ilə bağlıdır:

"Bu cür halların qarşısını almaq üçün bir neçə texnologiyanın birgə istifadəsi tələb olunur. Əvvəla, LiDAR (Light Detection and Ranging) sistemləri vasitəsilə ətraf mühitin daha dəqiq xəritələndirilməsi mümkündür. LiDAR işıq impulslarından istifadə edərək obyektlərin məsafəsini və formasını dəqiq müəyyənləşdirir. Bu sistem sayrışan işıqları və digər xüsusi siqnalları mənbələrdən ayırmaq üçün inkişaf etdirilə bilər. Bundan əlavə, kamera və görüntü tanıma alqoritmləri vasitəsilə xüsusi nəqliyyat vasitələrinin siqnallarının daha dəqiq analiz olunması mümkündür. Dərin öyrənmə əsaslı neytral şəbəkələr (CNN – Convolutional Neural Networks) müxtəlif işıqlandırma və hava şəraitlərində belə, xüsusi işıqların tanınmasını optimallaşdıra bilər".

Elvin Həsənov əlavə edib ki, infraqırmızı (IR) sensorlar da yol hərəkətində xüsusi vəziyyətlərin aşkarlanmasına kömək edə bilər:
"Məsələn, gecə vaxtı və ya aşağı görünüşlü şəraitlərdə infraqırmızı sensorlar vasitəsilə digər nəqliyyat vasitələrinin və maneələrin daha yaxşı aşkar edilməsi təmin edilə bilər. Bundan əlavə, V2V (Vehicle-to-Vehicle) və V2I (Vehicle-to-Infrastructure) kommunikasiya texnologiyalarının tətbiqi ilə xüsusi nəqliyyat vasitələri ilə avtonom maşınlar arasında real vaxtda məlumat mübadiləsi aparıla bilər. Bu sistemlər vasitəsilə təkcə vizual və sensor məlumatları deyil, eyni zamanda birbaşa məlumat ötürülməsi də həyata keçirilir ki, bu da qəza risklərini minimuma endirir".
Eltac Zülfüqaroğlu
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi










