Bu şəhərdə avtomobil sayı əhalinin sayından çoxdur – Amma qəza olmur

İsveçrə fərdi avtomobil və motosiklet sayına görə dünyada ilk sıralarda gələn ölkələrdəndir. Avtosfer.az-ın xəbərinə görə, şəhərlərdə avtomobil xüsusilə çoxdur. Vale kantonunun isə bəzi kommunalarında (şəhər) avtomobillərin sayı əhalini üstələyir. 2021-ci ilə olan statistikaya görə, Dorenaz kommunasında hər 100 nəfərə 128 avtomobil düşür. Bundan başqa, Ajet kommunasında hər 100 nəfərə 123, Montanada 103, Masonje, Evionaz, Şarrat və Veysonazda isə azı 102 avtomobil düşür.
Qeyd edək ki, 350 min nəfər əhalisi olan kantonda 300 min avtomobil var. Hər min sakinə 648 avtomobil düşür ki, bu da dünya üzrə yüksək göstəricilərdən sayılır. Müqayisə üçün deyək ki, Azərbaycanda hər min nəfərə təxminən 120 nəqliyyat vasitəsi düşür.
Bir anlıq təsəvvür edin: Bakıda avtomobil sayı əhali sayına bərabər və ya ondan çox olsa nə baş verərdi? Sual ritorikdir.
Bəs görəsən nə üçün İsveçrədə bu qədər avtomobil olduğu halda yol qəzalarında ölən və xəsarət alanların sayı bizdən dəfələrlə aşağıdır?
Vüqar
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi











