Bu sürücü nə maaş alır, nə də sərnişilə mübahisə edir

Berlin küçələrində tam avtonom rejimndə işləyən 5 ədəd “Volkswagen ID. Buzz AD” xəttə buraxılıb.
Avtosfer.az xəbər verir ki, bu avtomobillər müntəzəm marşrutlarda “sərnişin daşıyır”. Avtomobillərin idarə edilməsi bütünlüklə süni intellektə həvalə edilsə də, salonda fövqəladə hallarda müdaxilə üçün rezerv sürücü əyləşib. Rezerv sürücü heç nəyə müdaxilə etmir. Maşınlara nəzarət vahid dispetçer məntəqəsindən həyata keçirilir.
Sınaqların keçirildiyi rayonda yerləşən 15 kilometrlik məsafədə 80 dayanacaq mövcuddur. Maşınlar ilkin mərhələdə sərnişinsiz hərəkət etsə də, yol boyu dayanacaqlarda dayanıb “sərnişin götürür” (imitasiya edir) və yola davam edir. 2026-cı ilin əvvəlindən isə maşınlar həqiqi sərnişinlə hərəkət edəcək.
Layihənin icrasına hökumət 10 milyon avro ayırıb. Layihənin reallaşması nəticəsində daşıyıcılar sürücülərə maaş ödəməkdən və sürücü-sərnişin mübahisələrini tənzimləməkdən azad olacaq.
Vüqar
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı












