Bu tunellə 45 dəqiqəlik məsafə 3 dəqiqəyə enəcək - VİDEO

"Bu gün çox maraqlı bir təcrübə yaşadım. İlon Mask-ın dəli fikirlərindən biri olan "yeraltı tunel" layihəsini test etdim. "The Boaring Company"nin inşa etdiyi "LVCC Loop" adlanan bu tuneldə Tesla elektromobilləri hərəkət edir".
Avtosfer.az xəbər verir ki, bunu texno-blqqer və jurnalist Fərid Pərdəşünas Las-Veqasda "Tesla" şirkətinin və amerikalı iş adamı İlon Maskın yeraltı tunel layihəsindən danışarkən deyib.
"Cəmi 3 stansiyası var və 1.7 mil məsafəni əhatə edir. İnşa qiyməti isə tam dədiq 47 milyon dollardır. 45 dəqiqəlik piyada məsafəsini 3 dəqiqəyə endirir (test üçündür). Bununla sizcə tıxac problemi həll oluna bilər? Bu layihənin metrodan fərqi odur ki, addım başı stansiya olmur. Yerin altından avtomobillə bir yerdən girib, başqa bir yerdən çıxıb, davam edirsən.
Texno-bloqqer bu yeraltı tunelin xüsusi fərqi və özəlliyindən danışıb:
"Bu tunelin küçələrə çıxışı yoxdur. Bir yerdən girib birbaşa başqa yerdən çıxırsan. Məsələn, Bakıdan gir və Xırdalandan çıx. Məntiq metrodan fərqlənir. Çoxlu stansiyalar yoxdur. Bu sadəcə testdir deyə belə qısadır və bu məsafədə 3 giriş var.
Havalandırma olmadığı üçün ümumiyyətlə benzinlə avtomobillərə qadağandır. Ancaq elektriklə çalışan avtomobillər üçündür."
big.az
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?











