Bu yol sürücülərin baş bəlasına çevirilib - VİDEO

Bərdənin Çəmənli kənd sakinlərinin yeni yol sevinci çox çəkməyib. Bir neçə il əvvəl kəndə yol çəkilişinə başlanıb, ancaq sonradan işlər yarımçıq qalıb. Artıq 2 ildən çoxdur ki, vəziyyət belədir.
Bu sakinlərin ortaq bir dərdi var, o da yol problemidir. 2019-cu ildə Bərdənin Çəmənli kəndinə yol çəkilişinə başlansa da, sonradan işlər yarımçıq qalıb. Sakinlərin sözlərinə görə, Zümürxan İmamqulubəyli və Çəmənli kəndlərini birləşdirən yolun yarısına asvalt örtüyü döşənib.
Narahat yol xüsusilə sürücülər üçün bir çox çətinliklər yaradır.
Sakinlər bildirirlər ki, yarımçıq qalan yolun çəkilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Amma müsbət nəticə əldə edə bilməyiblər.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirildi ki, sözügedən yolun çəkilişi üçün 2019-cu ildə kənd sakinləri müraciət ediblər. Agentliyin daxili imkanları hesabına yolun 2 km-lik hissəsinə asvalt örtüyü vurulub. Digər 2 km yolda isə qum çınqıl işləri aparılıb. Yolun qalan hissəsinə asvalt qatının vurulması investisiya proqramına daxil edilib. Vəsait ayrılan kimi yolun çəkilməsi davam etdiriləcək.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?











