"Bugatti Veyron"un istehsalı dayandı

Son "Veyron" Yaxın Şərqdən olan müştəriyə satılıb. Avtosfer.az xarici KİV-lərə istinadən xəbər verir ki, modelin tarixində son nöqtə La Finale adı alan Grand Sport Vitesse rodsteri olub. Bir neçə həftədən sonra bu nüsxə Cenevredə avtosalonda sərgilənəcək, onun yanında isə 2005-ci ilin il "Veyron"u yer alacaq. Qeyd etmək lazımdir ki, "Bugatti Veyron"-un tarixi 1999-cu ildə EB 18/3 Chiron konseptinin təqdimedildiyi Tokio avtosalonunda başlayıb. Nümunə 2001-ci ildə Cenevrə avtosalonunda publikaya təqdim edilib. Yeni adını isə Veyron, 1939-cu ildə Bugatti avtomobilindı “Le-Mana 24 saat” yarışında qələbə qazanmış fransız Pyer Veyronun şərəfinə alıb. 2005-ci ilin sentyabrında fransız şəhəri Molsaymda yerləşən zavodda ilk superkar istehsal edilib. Ümumilikdə 450 maşın yığılıb və artıq satılıb. 2013-cü ilə qədər Bugatti Veyron dünyada ən sürətli seriya avtomobili idi. Ən yüksək – 431 km/s sürətini 2010-cu ildən 2014-cü ilə qədər istehsal edilən Super Sport modifikasiyasında əldə etmək mümkün olub. Bugatti pərəstişkarları yeni superkarını isə ən azı 2017-ci ilə qədər gözləməli olacaqlar. İndi Volkswagen Group mütəxəssisləri Veyronun varisi olacaq daha güclü avtomobilin üzərində çalışırlar: onun 2,3 saniyəyə 100 km/s sürət yığacağı, maksimal sürəti isə 460 km/s olacağı ehtimal edilir.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










