Yeni Mercedes-Benz S-Class - mübahisələrə səbəb olan dizayn - VIDEO

Bu həftənin ən çox səs-küyə səbəb olan hadisəsi növbəti nəsil Mercedes-Benz S-Class flaqman sedanının casus şəkillərinin İnternet şəbəkəsində dərc edilməsi olub. Avtomobilin eksteryer və interyer dizaynı sosial şəbəkələrdə qızğın müzakirələrə təkan verib.
Şəkillərin kefiyyətinin aşağı olması, Ştutqardan olan dəbdəbəli sedanın üslubunu tam şəkildə üzə çıxarmağa imkan verməyib. Lakin, Yotube kanalındakı AtchaCars adlı istifadəçi casus şəkillərinin əsasında avtomobilin reallığa daha yaxın olan görüntüsünü əks etdirən renderləri hazırlayıb və bunu necə etdiyini göstərib.

Dərc edilmiş casus şəkillərindən göründüyü kimi, avtomobilin ön hissəsindəki forması dəyişmiş radiator barmaqlığı və ön fənərlər yeni sedanı əvvəlkindən fərqləndirmək üçün kifayət edəcəkdir. Üstəlik, bu dizayn flaqman sedanını aşağı pillədə duran modellərə bəmzəməsini aradan qaldıracaqdır.
Arxa hissədə isə daha ciddi dəyişikliklər baş verib. Burada ən çox diqqəti çəkən avtomobilin arxa işıq texnikasıdır. Arxa fənərlər formasına görə, CLS və CLA modellərində, həmçinin yenilənmiş E-Class sedanında gördüklərimizə çox bənzəyir. Bunu arxa bamperin aşağı hissəsinə də şamil etmək olar.

Doğrudur, yeni Mercedes-Benz S-Class modelinin dizaynı barədə mülahizələr yürütmək hələlik çox erkəndir. Güman edirəm ki, bir qədər hövsələli olub, modelin rəsmi təqdimatını və ən azından peşəkar fotoqraflar tərəfindən çəkilmiş rəsmi şəkillərini gözləmək lazımdır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












