Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR

"Cari inzibati Xətalar Məcəlləsi 2016-ci ilin 1 mart tarixindən qüvvəyə minib. Məhz o zaman balla qiymətləndirilən inzibati xətaların sayı 14, ümumi balların sayı 54 olub".
Avtosfer.az xəbər verir ki, deputat Kamal Cəfərov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deyib.
O bildirib ki, 2016-ci ildə sürücü sistemdəki bütün mümkün balların 37%-ni, yəni 20 bal toplayanda sürücülük hüququnu 6 ay müddətinə itirirdi:
"Bu nisbət o günün şərtlərinə tam mütənasib idi. Ancaq son 10 ildə yol hərəkəti qaydaları və mikromobillik ilə bağlı bir sıra hüquqi islahatlar həyata keçirilib, dəyişikliklər olub. Son 10 ildə balla qiymətləndirilən xətaların sayı 14-dən 27-yə, sistemdəki ümumi bal dəyəri isə 54-dən 91-ə çatıb. Həm xəta sayı, həm də ümumi bal həcmi təxminən iki dəfə artıb, deməli sürücülərin xəta etmə riski, səhv etmə payı da artıb, məsuliyyət dairəsi genişlənib. Ancaq limit 10 ildir eyni qalıb".
"Bu o deməkdir ki, sürücü bu gün sistemdəki bütün mümkün balların yalnız 22%-ni toplamaqla sürücülük hüququnu itirir. 2016-cı ildə bu göstərici 37% olub.
Nəzərə alsaq ki, həmin orijinal 37%-lik nisbəti tam bərpa etmək üçün riyazi olaraq limit 34 bal olmalıdır, lakin Məcəllənin çəkindirici qüvvəsini qorumaq həm də cəzanın mütənasibliyi təmin etmək məqsədilə, daha mühafizəkar mövqe tutaraq, təklif edirəm ki, 20 ballıq cərimə limiti 30 bala qaldırılsın və ya yüksək risk daşımayan, passiv, infrastruktur xarakterli pozuntulara görə sadəcə cərimə tətbiq olunsun, çünki əksər ölkələrdə belədir", - deyə deputat təkliflə çıxış edib.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir













