Dəmiryol Vağzalına maşına girib-çıxmaq istəyənlərin diqqətinə - ŞƏRAİT YARADILIR

Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (“28 May” metro stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi 27 mart tarixindən etibarən vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərəcək.
Avtosfer.az xəbər verir ki, avtomobillərin əraziyə giriş-çıxışı parklanma məntəqəsində qurulacaq innovativ nömrə tanıma sistemi sayəsində tənzimlənəcək.
Ərazidə avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsi sərnişinlərin minik avtomobili ilə rahat qarşılanması və ya yola salınmasına imkan verəcək.
Xatırladaq ki, Nəqliyyatı Əlaqələndirmə Şurasının “28 May” metro stansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərarına uyğun olaraq göstərilən ərazilərdəki parklanma yerlərinin fəaliyyəti dayandırılıb.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












