Dilan Polatın avtomobili “Arka sokaklar”da - VİDEO - FOTO

Dilan Polat daxil olmaqla Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan sosial media fenomenlərinə aid lüks avtomobillərin polis maşınına çevrilməsi “Arka sokaklar” serialında mövzu olub.
18 ildir davam edən serialın 662-ci bölümünün çəkilişlərində Polatın müsadirə edilən lüks maşınlarından istifadə edilib. Bu axşam efirə gedəcək “Arka sokaklar”ın anonsu qısa müddətdə müzakirələrə səbəb olub.
Belə ki, serialda “Rıza Baba” və komandasına ayrılan lüks avtomobil “Hüsnü Çoban”ın istifadəsinə verilir.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. (qafqazinfo)






“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










