DİN parklanma ilə bağlı məsələlərə aydınlıq gətirdi - Mübarizə aparılır

Daxili İşlər Nazirliyi parklanma ilə bağlı məsələlərə aydınlıq gətirib. Nazirlikdən Avtosfer.az-a daxil olan məlumatda qeyd olunur ki, Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin, parklanma xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. "Dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi məqsədilə neqativ hallar polis əməkdaşları tərəfindən aradan qaldırılır. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada səkilərində qanunsuz parklanma ilə bağlı sistemli mübarizə aparılır. Paytaxt ərazisində bu sahədə neqativ halların aradan qaldırılması – parklanma, tıxac və digər qanunsuz fəaliyyətlə bağlı işçi qrupları tərəfindən tədbirlər görülür. Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində yaradılacaq yeni publik hüquqi şəxs, başqa sözlə, ixtisaslı qurum tərəfindən fəaliyyət təşkil olunacaq. Həmin qurumun səmərəli fəaliyyət göstərməsi üçün Daxili İşlər Nazirliyinin müvafiq stukturu ilə birgə işlər aparılmaqla, nəqliyyat sahəsində idarəetmə tam tənzimlənəcək".
Emin
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO












