Dünyanın ən güclü krossoverinin buraxılışına son veriləcək - FOTO

Dünyanın ən güclü krossoveri olan 720 at qüvvəli Dodge Durango SRT Hellcat modelinin buraxılışı bu ilin iyun ayında dayandırılacaqdır. "Bərkgedən" krossoverə olan tələbat gözləniləndən çox olsa da, istehsalçı modelin istehsalına son vermək qərarına gəlib.
Ekstremal Dodge Durango SRT Hellcat krossoverinin təqdimatından sonra, istehsalçı modelin yalnız 2021-ci il ərzində istehsal olunacağını açıqlamışdı. Bu məhdudiyyət istehsal olunan avtomobillərin sayına şamil edilmir: krossoverin 2022-ci model ilinə yolu perspektiv ekoloji standartlara görə bağlanır, çünki onun kompressorlu V8 mühərrikinin atmosferə atdığı işlənmiş qazların normalara uyğun gəlmir.
Mopar Insiders nəşrinin Dodge markasının Amerikadakı dilerlərinə istinadən verdiyi xəbərə görə, Durango SRT Hellcat modelinin istehsalının bu ilin iyun ayında tamamlanacağı məlum oldu.
Dünyanın ən güclü krossoverinin planlaşdırılmış buraxılış tirajı hələ də məlum deyil. Daha əvvəl, Miçiqandakı zavodda iki minə qədər Durango SRT Hellcat modelinin buraxılacağı ehtimal olunurdu, lakin modelə olan böyük tələbat səbəbindən, Dodge şirkəti "bərkgedən" krossoverin istehsalını artırmağı düşünür.
Dodge Durango SRT Hellcat modeli 720 at qüvvəsi və 875 Nm fırlanma anı hasil edən 6,2-litrlik V8 mühərriklə təchiz edilir. Krossover yerindən 60 mil/saat həddinə (97 km/saat) qədər sürətlənməyə cəmi 3,5 saniyə sərf edir. Durango SRT Hellcat modelinin ABŞ-dakı satış qiyməti 80,995 dollar təşkil edir.



500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










