Düşünüldüyündən daha uzun müddət işləyən 8 ehtiyat hissəsi

Avtomobilin bəzi ehtiyat hissələrinin reqlamentdə göstərilən müddətdən daha uzun müddətə xidmət edə biləcəyini düşünmüsünüzmü?
Avtosfer.az-ın pravda.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı avtomobil ekspertləri bununla bağlı öz tövsiyələrini veriblər.
Mütəxəssislər işləmə müddətinin uzunluğu ilə yaxşı mənada təəccübləndirə biləcək səkkiz komponentin adını açıqlayıblar.
Hava filtri

Hava filtrinin xidmət müddəti avtomobilin istismar şəraitindən asılıdır. Havanın çirkli olduğu şəhərlərdə filtr daha tez aşınır, kənd yerlərində isə daha uzun müddət xidmət edə bilər. Filtrin vəziyyətini qiymətləndirmək üçün onu çıxarmaq və yoxlamaq lazımdır: İçəridə toz yığılıbsa, tozsoran ilə təmizləməli və filtri ehtiyatla silkələməlisiniz.
Faralar üçün lampalar
Faralar üçün lampaların hər iki ildən bir dəyişdirilməsi tövsiyə olunur, çünki zamanla işıqları zəifləyir. Lakin təcrübə bunu demir. Faraların işığı pisləşibsə, səbəb cızılmış şüşələr ola bilər - onları cilalamaq olar. Lampaların özləri isə 2 ildən çox xidmət edə bilər.
Qaz paylama mexanizmi (QPM) qayışı və diyircəkləri
QPM qayışı mühərrikin əsas elementidir. Onun resursu diyircəklərin, gərginləşdiricilərin və yastıqların vəziyyətindən asılıdır.
Əyləc qəlibləri
Əyləc qəliblərinin xidmət müddəti sürücülük tərzindən və istismar şəraitindən asılıdır. Mühərriklə əyləcləmədən istifadə edərək ehtiyatlı sürüş onların xidmət müddətini uzadır.
Alışdırma şamları

Alışdırma şamlarının standart dəyişdirmə intervalı təxminən 30 000 km yürüşdür. Lakin platin və iridium şamlar 100 000 km-ə qədər xidmət edə bilər! Mühərrik səlis işləyirsə, şamlar normadan daha uzun müddət xidmət edə bilər.
Yağ filtri
Yağ filtri adətən hər yağ dəyişməsində dəyişdirilir. Lakin keyfiyyətli filtr mülayim istismar zamanı daha uzun müddət xidmət edə bilər. Bununla belə, etibarlılıq üçün qrafikə riayət etmək daha yaxşıdır.
Amortizatorlar

Amortizatorların resursu yolların keyfiyyətindən və sürücülük tərzindən asılıdır. Yollar nə qədər yaxşı və sürüş tərzi nə qədər ehtiyatlı olarsa, amortizatorlar bir o qədər uzun müddət xidmət edər.
Akkumulyator batareyası
Akkumulyatorun orta xidmət müddəti 3-5 ildir. Lakin yaxşı qulluq və mülayim iqlim şəraitində daha uzun müddət işləyə bilər. Elektrolitin səviyyəsinə, terminalların təmizliyinə nəzarət edin və tam boşalmanın qarşısını alın.
Bununla belə ekspertlər ehtiyat hissələrinin göstərilən dəyişdirmə müddətlərinə riayət etməyi tövsiyə ediblər.
"Detalların ömrü onların istismar şəraiti və texniki xidmətin keyfiyyəti də daxil olmaqla bir çox amillərdən asılıdır. Müntəzəm yoxlamalar və vaxtında texniki xidmət avtomobilin komponentlərinin xidmət müddətini uzatmağa kömək edəcək", - deyə mütəxəssislər sözlərini yekunlaşdırıblar.
(oxu.az)
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var
2025-ci ilin ən böyük avtomobil istehsalçıları: "Toyota" liderdir
Çinin avtomobil sənayesi qlobal iqtisadiyyata təzyiq edir










