Ədalət Şükürov “Prius”lardan şikayət etdi - "Ölkəyə zərər vurmaq üçün gətirirlər"

Müğənni Ədalət Şükürov qatıldığı podkastlardan birində “Prius” markalı avtomobillərin onu qıcıqlandırdığını bildirib.
O bildirib ki, bu avtomobillərin çoxu xaricdən yararsız vəziyyətdə, ucuz qiymətə ölkəyə gətirilir.
“İmkanı olan adamlar gətirib onu imkansızlara satırlar. Bu avtomobillər çox zaman pis vəziyyətdə olur və idarə edilməsi mürəkkəbləşir. Çox ucuz satılır deyə onları kim gəldi alır və idarə edir. Xaricdən qonaqlarım gəlmişdi, onlar çağırdıqları taksilərin pis vəziyyətini görüb, şikayət edirdilər və mən utanırdım.
Əlbəttə, anlayıram, hamı çörək qazanmaq istəyir, lakin bu avtomobillər əsasən qəzalı vəziyyətdə olurlar. Ölkəyə qəzalı avtomobillərin gətirilməsi qadağan edilməlidir. Belə çıxır ki, bu avtomobilləri Azərbaycana ölkə əhalisinə zərər vurmaq üçün gətirirlər. Bu avtomobillərin hamısı elektrik batareyaları ilə təchiz edilib. Bir neçə ildən sonra bu batareyalar necə utilizasiya ediləcək?” - o bildirib. (lent.az)
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










